Azərbaycan Dünya Bankı və IMF-in Yaz Toplantıları çərçivəsində Seçki Qrupunun iclasında iştirak edib
ABŞ-də işgüzar səfərdə olan Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti paytaxt Vaşinqtonda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) Yaz Toplantıları çərçivəsində Azərbaycanın da daxil olduğu Seçki Qrupunun iclasında iştirak edib.
"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, AMB sədrinin I müavini Əliyar Məmmədyarov toplantıda çıxışı zamanı ölkənin makroiqtisadi göstəriciləri və maliyyə sektorunun inkişaf trendləri barədə məlumatı diqqətə çatdırıb. O, Dwnya Bankı və IMF ilə uzunmüddətli səmərəli tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Toplantıda Seçki Qrupuna üzv ölkələrin dövlət və hökumət rəsmiləri, Dünya Bankı və IMF-in rəhbər şəxsləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edib. Tədbir çərçivəsində üzv ölkələr arasında maraq kəsb edən mövzular, qlobal və regional çağırışlar, eləcə də inkişaf perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti ABŞ-yə işgüzar səfər edib
Azərbaycan bir sıra ölkələrlə maliyyə inklüzivliyinin artırılmasını müzakirə edib
Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasına üzv olub
Azərbaycan və Macarıstan maliyyə sektorunda əməkdaşlığı müzakirə edib
Azərbaycan ABŞ-də keçiriləcək regional maliyyə konfransında təmsil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












