Azərbaycanda mobil bankçılıq əməliyyatlarının ümumi məbləği 7 %-dən çox azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda mobil bankçılıq əməliyyatlarının ümumi məbləği 7 %-dən çox azalıb


Bu ilin I rübündə Azərbaycanda 13,732 milyard manatlıq mobil bankçılıq əməliyyatları aparılıb.

"Sizinxeber.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % azdır.

Bununla belə, son 1 ildə mobil bankçılıq əməliyyatlarının sayı isə 39,5 % artaraq 169 213-ə çatıb.

Bundan başqa, yanvar-mart aylarında ölkədə internet bançılıq əməliyyatlarının ümumi məbləği 6,8 % artaraq 63,296 milyard manata, sayı isə 28,7 % artaraq 5 978-ə çatıb.

Oxşar xəbərlər

Azərbaycanda nağdsız ödənişlərin məbləği fevralda 30 % artıb
"Rabitəbank" I rübün maliyyə göstəricilərini açıqlayıb
Azərbaycanda nağdsız ödənişlərin məbləği dekabrda 50 % artıb
Azərbaycanda 11 ayda dövlət xətti ilə 396 milyon manat ipoteka krediti verilib
AMB: Azərbaycanda əhalinin əmanətlərinin dollarlaşması təxminən 5 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər