Azərbaycanda nağdsız ödənişlərin məbləği dekabrda 50 % artıb
2024-cü ilin dekabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 50 % artaraq - 8 milyard 486 milyon manat təşkil edib.
“Sizinxeber.az” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7 milyard 360 milyon manatı (86,7 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 121 milyon manatı POS-terminallar, 3,7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi kart əməliyyatlarının həcminin 64,2 %-ni təşkil edib.
Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 19 milyon 899 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 2,2 %, 2024-cü ilin əvvəlinə nisbətən 17,6 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 19,9 % artaraq 17,643 milyona, kredit kartlarının sayı isə 1,8 % artaraq 2,256 milyona çatıb. 12 ayda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,266 milyard manat (illik müqayisədə 29,6 % çox) və 893 milyon manat (36,5 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 6,2 %, POS-terminalların sayı isə 38,4 % artaraq müvafiq olaraq 3 304 ədəd (Bakı üzrə 1 772 ədəd) və 119 540 ədəd (Bakı üzrə 73 042 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Oxşar xəbərlər
Azərbaycanda nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - Rəqəmlər
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb
Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb
Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












