"Rabitəbank" I rübün maliyyə göstəricilərini açıqlayıb
sizinxeber.az xəbər saytı

"Rabitəbank" I rübün maliyyə göstəricilərini açıqlayıb


"Rabitəbank" ASC bu ilin I rübünün maliyyə göstəricilərini açıqlayıb.

Nəticələrə əsasən, Bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb, rübü 4 milyon 657 min manat xalis mənfəətlə başa vurub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın aktivləri 10,9 % artaraq 1 milyard 198 milyon manata çatıb.

Kredit portfelində müsbət dinamika

Bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % artaraq 873 milyon 971 min manata yüksəlib.

Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə biznes kreditləri portfeli 22,3% artaraq 403 milyon 249 min manata, o cümlədən, istehlak kreditləri portfeli 23,7 % artaraq 304 milyon 71 min manata, ipoteka kreditləri portfeli isə 17,5 % artaraq 166 milyon 651 min manata çatıb.

Bankda fiziki şəxslərin əmanətləri artıb

Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, fiziki şəxslər üzrə əmanətlər isə 4,2 % artaraq 469 milyon 485 min manata çatıb.

Faiz gəlirləri yüksəlib

Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 16,7 % artaraq 31 milyon 137 min manata çatıb.

Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % artaraq 122 milyon 605 min manat olub.

“Rabitəbank” 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Oxşar xəbərlər

"Yelo Bank" III rübü uğurlu göstəricilərlə başa vurub
"Expressbank"da fiziki şəxslərin depozit portfeli 33 % artıb
"Xalq Bank"ın depozit portfeli 240 mln. manatdan çox azalıb - Hesabat
Azərbaycanda BOKT-ların kredit portfelinin tərkibi açıqlanıb
"Yelo Bank" I rübdə pozitiv artım dinamikası nümayiş etdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər