BVF-nin Dövlət Maliyyə Statistikası üzrə missiyasının Azərbaycana səfəri başlayıb
Bu gün Beynəxalq Valyuta Fondunun (BVF) Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə Regional İnkişafa Dəstək Mərkəzinin (CCAMTAC) Dövlət Maliyyə Statistikası üzrə Təlimatın 2014-cü il (Government Finance Statistics Manual 2014 – GFSM2014) nəşrinin prinsiplərinə uyğun qaydada tərtib edilməsi üzrə texniki dəstək missiyasının Azərbaycana səfəri başlayıb.
Mayın 2-dək davam edəcək missiya zamanı dövlət təsisatları üzrə maliyyə əməliyyatlarının, balans məlumatlarının mərhələli şəkildə hesabatlara daxil edilməsi, bununla da dövlətin maliyyə vəziyyəti ilə bağlı daha əhatəli hesabatın hazırlanması əsas müzakirə mövzularını təşkil edəcək.
Səfər çərçivəsində Maliyyə Nazirliyi ilə yanaşı, Mərkəzi Bank, Qarabağ Dirçəliş Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu və Sosial Xidmətlər üzrə Dövlət Agentliyi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd olunan hesabatların müvafiq təlimatın prinsiplərinə uyğun qaydada tərtib edilməsi üçün qurumlar arasında koordinasiyalı işin təşkili və potensialın artırılması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar BVF tərəfindən hər il aidiyyəti qurumların iştirakı ilə texniki yardım missiyaları təşkil edilir. Missiyalar çərçivəsində hesabatların tərtibinə dair problemlər araşdırılır, onların aradan qaldırılması, eləcə də məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılır.
Oxşar xəbərlər
Azərbaycanın maliyyə vəziyyəti ilə bağlı daha əhatəli hesabatlar hazırlana bilər
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq
Zakir Nuriyev: Azərbaycanda Yaşıl Maliyyə Fondunun yaradılmasına ehtiyac yaranıb
“Vətəndaşın büdcə bələdçisi” hazırlanıb
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb - FƏRMAN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
