Kılıç və Qrono sülh prosesini müzakirə etdi
sizinxeber.az xəbər saytı

Kılıç və Qrono sülh prosesini müzakirə etdi


Türkiyə Prezidentinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Baş müşaviri Akif Çağatay Kılıç Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Kılıç X platformasında paylaşım edib.

"Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi layihələri, regional sabitlik, təhlükəsizlik məsələləri və AB-nin regiona yanaşması müzakirə olunub. Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş birgə səylərin vacibliyini vurğuladıq", - deyə Kılıç bildirib.

Oxşar xəbərlər

Ərdoğanın müşaviri: Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün öhdəmizə düşəni etməyə hazırıq
Aİ rəsmisi Ankarada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib
Türkiyə və ABŞ prezidentlərinin müşavirləri regional məsələləri müzakirə ediblər
Rusiya və Türkiyə rəsmiləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər