Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti ABŞ-yə işgüzar səfər edib
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) İllik Toplantılarında iştirak etmək məqsədilə ABŞ-yə işgüzar səfəri başlayıb.
"Sizinxeber.az" AMB-yə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti paytaxt Vaşinqtonda Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin qatılacağı tədbirlərdə iştirak edəcək, eləcə də Dünya Bankı və IMF-in rəhbər şəxsləri ilə görüşlər keçirəcək.
İllik Toplantılar dövlət və özəl sektoru təmsil edən rəhbər şəxsləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və akademik dairələrin nüfuzlu nümayəndələrini bir araya gətirir. Keçirilən görüşlərdə qlobal əməkdaşlıq münasibətləri gündəliyində ən mühüm məsələlər və iqtisadi çağırışlar müzakirə olunur.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacağı tarixi dəyişib
MSK nümayəndə heyəti Moldovada seçkiləri müşahidə edəcək
ARDNF Çində bır sıra görüşlər keçirib
Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək
Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi hazırlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
