Azər Əmiraslanov: “Hər manat qənaətlə xərclənməlidir”
sizinxeber.az xəbər saytı

Azər Əmiraslanov: “Hər manat qənaətlə xərclənməlidir”


İllər öncə neft gəlirlərinin əhəmiyyətli dərəcədə artdığı, büdcə xərclərinin il ərzində 70 % yüksəldiyi bir vaxtda büdcə nəzarətinə dövlət başçısı xüsusi önəm verirdisə, resursların sabit qaldığı, təxirəsalınmaz maliyyə ehtiyaclarının isə kəskin artdığı indiki dövrdə dövlət vəsaitlərinin hər bir manatının qənaətlə istifadəsi ikiqat aktuallıq kəsb edir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında - Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

“Büdcə nəzarətinin yeni çağırışlara uyğun şəkildə sistemli davam etdirilməsi, şəffaflıq və hesabatlılığın təmin olunması, israfçılığın qarşısının alınması Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin tərkib hissəsidir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, audit nəticələrinin real təsir gücünün artırılması üçün aşkar olunan nöqsanlara görə inzibati və hüquqi məsuliyyət tədbirləri sərtləşdirilməlidir: “Büdcə vəsaitlərindən səmərəli istifadə təkcə audit tədbirləri ilə deyil, həm də büdcə prosesinin, maliyyə və büdcə qanunvericiliyinin, hesabatlılıq və uçot sisteminin təkmilləşdirilməsindən asılıdır”.

Komitə sədri əlavə edib ki, Hesablama Palatasının verdiyi tövsiyələrin icrasının təmin olunması üçün mexanizmlər təkmilləşdirilməli, bu sahədə dövlət qurumları arasında çoxtərəfli əməkdaşlıq formatı yaradılmalıdır.

Oxşar xəbərlər

Hesablama Palatasının göstəricilərin kəmiyyət və keyfiyyət meyarları üzrə təsnifləşdirilməsi və tamamlaması təklif olunub
Azər Əmiraslanov: "İqtisadi meyillər müsbətdir"
Sadiq Qurbanov: “Gələcəkdə "yaşıl büdcə" yanaşmaları Hesablama Palatasının yoxlamalarında əsas istiqamətdən birinə çevrilməlidir”
Komitə sədri: “Azərbaycanın büdcə xərcləri Ermənistan və Gürcüstanın birlikdə xərclərindən 1,3 dəfə çoxdur”
Hesablama Palatası: Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər