Komitə sədri: “Azərbaycanın büdcə xərcləri Ermənistan və Gürcüstanın birlikdə xərclərindən 1,3 dəfə çoxdur”
Azərbaycanın 2025-ci il üçün gözlənilən büdcə xərcləri Ermənistan və Gürcüstanın birlikdə büdcə xərclərindən 1,3 dəfə çoxdur.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
“Azərbaycanın 2025-ci il üçün gözlənilən büdcə xərcləri 24,3 milyard ABŞ dolları olmaqla Ermənistan və Gürcüstanın birlikdə büdcə xərclərinin cəmindən (18,8 milyard ABŞ dolları) 1,3 dəfə çoxdur. Azərbaycanın növbəti il üzrə proqnozlaşdırılan 19,5 milyard manatlıq və ya 11,5 milyard ABŞ dollarlıq qeyri-neft büdcəsi də sosialyönlü xərclərdən ibarət olan məbləğcə 16,9 milyard manat və ya təxminən 10 milyard ABŞ dolları təşkil edən sosial büdcəmiz də Ermənistanın 2025-ci il üçün planlaşdırdığı büdcə gəlirlərini 30-50 % üstələyir”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondunun transfertləri nəzərə alınmasa belə, Azərbaycanın büdcə gəlirləri artım dinamikasına malikdir: “Belə ki, transfertsiz büdcə gəlirləri 2023-cü ildə 23,5 milyard manat, 2024-cü ildə 23,6 milyard manat olduğu halda, 2025-ci ildə 23,8 milyard manat proqnozlaşdırılıb”.
Oxşar xəbərlər
Azərbaycanın 2025-ci il üçün büdcəsi ilkin variantla müqayisədə kəskin artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilən ərazilərin bərpasına gələn il minimum 2,4 milyard ABŞ dollarının ayrılması planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan gələn il müdafiə xərclərini 20 faiz artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya 5 milyard avroluq büdcə kəsiri ilə üzləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya 2025-ci ildə müdafiəyə 75 milyard avrodan çox vəsait ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












