Hesablama Palatası büdcə qanunvericiliyi və satınalmalar üzrə çatışmazlıqların qalacağını gözləyir
2025-ci idə də maliyyə sahəsində çatışmazlıqların əksəriyyətinin büdcə qanunvericiliyi və dövlət satınalmaları ilə bağlı olacağını proqnozlaşdırırıq.
“Report”un xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Palatanın 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
“Qeyd edildiyi kimi, pozuntuların əksəriyyəti büdcə qanunvericiliyi və dövlət satınalmaları ilə bağlıdır. Bu il də belə olacağını proqnozlaşdırırıq. Bu mənada ən böyük məsələlərdən biri büdcə prosesini tənzimləyən hüquqi bazanın ciddi şəkildə dəyilməsinə, yenilənməsinə ehtiyac var. İkincisi, fiskal intizam, məsuliyyətlə bağlıdır. Bunun əsas mənbələrindən biri də yeni hüquqi bazanın olmamasıdır. Köhnə hüquqi baza isə mövcud fəaliyyəti tam tənzimləyə bilmir”, - o vurğulayıb.
Oxşar xəbərlər
Hesablama Palatasının aşkar etdiyi maliyyə pozuntularının tərkibi açıqlanıb
Vüqar Gülməmmədov: "Büdcə gəlirləri və xərcləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb"
Hesablama Palatası: Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir
Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
