Hesablama Palatası: Təhsil obyektlərinə ayrılan vəsaitlər qanunsuz xərclənib
Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində aparılmış audit nəticəsində əsassız vəsait istifadəsi halları aşkar edilib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.
Sənədə əsasən, audit 10 tikinti obyektini əhatə edib və bu obyektlər üzrə ümumilikdə 53,5 milyon manat dəyərində dövlət investisiyalarının istifadəsi araşdırılıb.
Yoxlama zamanı müəyyən edilib ki, layihələrin texniki-iqtisadi əsaslandırmaları olmadan planlaşdırılması nəticəsində dövlət vəsaitindən səmərəli istifadə təmin olunmayıb, ayrı-ayrı obyektlər üzrə layihə və smetalarda nəzərdə tutulmayan işlər yerinə yetirilib, bu isə 92 086 manat, 633 723 manat, 560 330 manat və 784 318 manat əlavə vəsait xərclənməsinə səbəb olub.
Bundan əlavə, müqavilə və aktlarda göstərilən işlərin faktiki olaraq ya icra edilmədiyi, ya da həcminin şişirdildiyi aşkarlanıb, satınalmalar zamanı qanunvericiliyin tələbləri pozulub, bəzi hallarda tenderlər obyektin ehtimal dəyəri müəyyən olunmadan keçirilib, 5 tikinti obyekti istifadəyə verilsə də, balans uçotuna daxil edilməyib, bu da 30,6 milyon manat dəyərində dövlət əmlakının hesabatlılığında şəffaflığa xələl gətirib,
Quraşdırılan avadanlıqların sənədləşməsi və smeta bölmələrinin ekspertizadan keçirilməsi qaydaları pozulub.
Oxşar xəbərlər
Hesablama Palatası: “İçərişəhər”də büdcə vəsaitləri qanunsuz xərclənib
Hesablama Palatası: Kliniki Tibbi Mərkəzin xərclərində əsaslandırılmamış məbləğlər olub
Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar aşkarlayıb
Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu bəzi xərcləri hesabatdan kənarda saxlayıb
Hesablama Palatası: DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












