Hesablama Palatası: “İçərişəhər”də büdcə vəsaitləri qanunsuz xərclənib
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və tabeliyindəki qurumlarda dövlət büdcəsi vəsaitlərinin xərclənməsi və əmlakın idarə olunması zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.
Auditin nəticələrinə əsasən, İdarə dövlət sifarişi üzrə büdcə tələbatını “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın tələblərinə əməl etmədən hesablayıb. Belə ki, bölmәlәr üzrә müvafiq olaraq 1 735 336 manat vә 863 661 manat vәsait artıq proqnozlaşdırılaraq tәqdim edilib, bununla yanaşı, İdarәnin hesablaşma hesabında tәsәrrüfat gәlirlәri üzrә 2 il üzrә müvafiq olaraq 320 551 manat vә 1 405 448,02 manat qalıq vәsaitlәr dә büdcә vәsaitinә tәlabatın hesablanmasında nәzәrә alınmayıb.
Bundan başqa audit aşağıdakı pozuntuları da ortaya çıxarıb:
- 2022-ci ildə keçirilmiş 28 satınalma prosedurundan heç birinin ehtimal olunan qiymətləri təsdiqlənməyib, müqavilələr dövlət satınalmalarının vahid portalında yerləşdirilməyib;
- Xarici qonaqlar üçün aviabiletlərə 33 012 manat, otel xərclərinə isə 16 138 manat vəsait satınalma proseduru olmadan xərclənib;
- Ştatdankənar vəzifələr üçün əsas olmadan 13 645 manat əməkhaqqı ödənilib;
- Avadanlıqların texniki spesifikasiyalarında uyğunsuzluğa görə 42 174 manat artıq vəsait ödənilib;
- “Multani” və “Buxara” karvansaraylarının təmiri üçün ümumi müqavilə dəyəri 20 292 854 manat olan satınalmalar qanunsuz şəkildə həyata keçirilib, bu çərçivədə audit dövründə 13 498 516 manat xərclənib;
- Lisenziyaların uçotdan kənarda qalması nəticəsində 44 246 manat məbləğində qeyri-maddi aktivlər qeydiyyata alınmayıb.
- Hesabatda ümumilikdə 183 240 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpası tövsiyə edilir. Bununla yanaşı, müxtəlif hüquq pozuntuları üzrə aidiyyəti qurumlara məlumatların təqdim olunması və məsul şəxslərin cavabdehliyə cəlb edilməsi təklif olunur.
Oxşar xəbərlər
Hesablama Palatası İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində nöqsanlar aşkarlayıb
Hesablama Palatası: Kliniki Tibbi Mərkəzin xərclərində əsaslandırılmamış məbləğlər olub
Hesablama Palatası: Dövlət büdcəsində borclanma limitləri əsaslandırılmayıb
Naxçıvan İcra Hakimiyyətində beş milyon manatlıq mənimsəmə aşkarlanıb
Hesablama Palatasının aşkar etdiyi maliyyə pozuntularının tərkibi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












