ÜTT 2025-ci il üçün qlobal ÜDM artım proqnozunu 2,2 %-ə qədər azaldıb
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) iqtisadçıları 2025-ci ildə dünya ÜDM-nin artım proqnozunu ABŞ-nin idxal rüsumları və onlara qarşı cavab tədbirləri səbəbindən 2,8 %-dən 2,2 %-ə endiriblər.
“Report” xəbər verir ki, bu barədə ÜTT-nin 2025 və 2026-cı illər üçün qlobal ticarət perspektivləri haqqında hesabatında deyilir.
Qeyd olunub ki, təşkilatın mütəxəssisləri yeni rüsumların tətbiqi və ticarət siyasətində qeyri-müəyyənliyin artması sonucunda proqnozlarını azalma istiqamətində düzəltməli olublar.
“Baza proqnozu 2025-ci ildə bazar məzənnələri üzrə dünya ÜDM-nin artımının 2,8 % səviyyəsində qalacağını nəzərdə tuturdu. Düzəlişdən sonra 2025-ci ildə ÜDM artımı 2,2 % təşkil etməlidir ki, bu da baza proqnozundan 0,6 faiz bəndi aşağıdır”, – sənəddə qeyd olunub.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. 10 %-lik universal rüsumlar aprelin 5-də, fərdi rüsumlar isə aprelin 9-da qüvvəyə minib. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25 % həcmində gömrük rüsumları tətbiq edib.
Aprelin 9-da Tramp bir sıra ölkə və ərazilərə qarşılıqlı prinsip əsasında tətbiq edilən əlavə idxal rüsumlarının 90 gün müddətinə dayandırıldığını bildirib. Ağ ev izah edib ki, bu fasilə ticarət danışıqlarının aparılması ilə əlaqədardır və bu müddətdə 10 % həcmində universal rüsum qüvvədə olacaq. Eyni zamanda, ABŞ Prezidenti Çin məhsullarına tətbiq olunan rüsumları 125 %-ə qədər artırıb. Kanada, Çin və Meksika hökumətlərinin ABŞ-yə fentanil qaçaqmalçılığı ilə mübarizədə guya yetərincə səy göstərməməsi səbəbindən əvvəllər tətbiq edilmiş 20 % həcmində rüsumu nəzərə alsaq, hazırda ÇXR-dən gələn mallara ümumi rüsum 145 %-ə çatır.
Oxşar xəbərlər
AİB Azərbaycan iqtisadiyyatının 2025-ci il üçün artım proqnozunu yaxşılaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanda 2025-ci il üçün iqtisadi artım proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Federal Ehtiyat Sistemi ÜDM artımı ilə bağlı proqnozunu aşağı salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












