Federal Ehtiyat Sistemi ÜDM artımı ilə bağlı proqnozunu aşağı salıb
sizinxeber.az xəbər saytı

Federal Ehtiyat Sistemi ÜDM artımı ilə bağlı proqnozunu aşağı salıb


Federal Ehtiyat Sistemi (FED) 2024-cü ildə real ÜDM artımı ilə bağlı proqnozunu iyunda gözlənilən 2,1 %-dən 2 %-ə endirib.

“Report” xəbər verir ki, bu barədə FED məlumat yayıb.

2025-2027-ci illər üçün ölkədə iqtisadi artım proqnozları 2% səviyyəsində saxlanılıb.

ABŞ-də inflyasiya proqnozu müsbətə doğru yenidən nəzərdən keçirilib - 2024-cü ildə 2,6 %-dən 2,3 %-ə, 2025-ci ildə 2,3 %-dən 2,1 %-ə endirilib. 2026-2027-ci illərdə rəqəmin 2 % səviyyəsində olacağı gözlənilir.

İşsizlik proqnozu, əksinə, 2024-cü ildə 4,0 %-dən 4,4 %-ə, 2025-ci ildə 4,2 %-dən 4,4 %-ə, 2026-cı ildə 4,1 %-dən 4,3 %-ə qədər artırılıb. 2027-ci ildə 4,2 % səviyyəsində proqnozlaşdırılır.

FED-in 2024-cü ildə baza dərəcəsini 4,25-4,5%-ə endirəcəyi proqnozlaşdırılır.

Oxşar xəbərlər

ING Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanda 2025-ci il üçün iqtisadi artım proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Kazımov: "Bu il Azərbaycanda iqtisadi artım 3,5 % proqnozlaşdırılır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING bu il üçün Azərbaycanda inflyasiyanın proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər