Dünya Bankı Azərbaycan üçün Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini təsdiqləyib
sizinxeber.az xəbər saytı

Dünya Bankı Azərbaycan üçün Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini təsdiqləyib


Dünya Bankı bu gün Azərbaycan üçün Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini (AZURE) təsdiq edib.

Bu barədə "APA-Economics"ə Dünya Bankından bildirilib.

Məlumata görə, layihə Azərbaycanın elektrik ötürücü şəbəkəsini gücləndirəcək və ölkəyə öz enerji qarışığını şaxələndirmək imkanı verəcək.

173,5 milyon ABŞ dolları məbləğində kredit Azərbaycanın enerji infrastrukturunu genişləndirmək və müasirləşdirmək səylərini dəstəkləyəcək.

Layihə ilkin mərhələdə 384 milyon ABŞ dolları məbləğində özəl investisiyaların reallaşdırılmasına kömək edəcək və bərpa olunan enerjiyə gələcək investisiyalar üçün yol açacaq.

Etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisi çatdırılmasına imkan verəcək bu layihə, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı uzunmüddətli baxışına nail olmaqda kömək edəcək

Oxşar xəbərlər

Dünya Bankı Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə krediti təsdiq edib
ADB Pakistanın enerji infrastrukturunun modernləşdirilməsi üçün 200 milyon ABŞ dolları ayırıb
ADB 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq
AIIB Azərbaycanla günəş enerjisi sahəsində ilk sazişini imzalayıb
Nazir: 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payı 35,5%-ə yüksələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər