ADB 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq
sizinxeber.az xəbər saytı

ADB 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq


Asiya İnkişaf Bankı (ADB) 2030-cu ilə qədər illik maliyyələşmənin 50%-ni iqlim maliyyələşməsinə yönəltməyi və 2019-2030-cu illər ərzində ümumilikdə 100 milyard dollardan çox iqlim maliyyələşməsini təmin etməyi hədəfləyir.

Bu barədə "APA-Economics"ə Bankdan bildirilib. Qeyd edilib ki, ADB və "Masdar" şirkəti arasında Azərbaycanda iki böyük günəş enerjisi stansiyasının tikintisi üçün kredit müqavilələri imzalanıb. Bu stansiyalar ölkənin günəş enerjisi potensialını üç dəfə artıracaq. Bundan əlavə, Asiya İnkişaf Bankı Özbəkistanın iqlim keçidini dəstəkləmək üçün 250 milyon dollar dəyərində kredit ayrılıb. Bu proqram su sektoru və digər sahələrdə iqlim dayanıqlığını gücləndirəcək.

Bankdan həmçinin əlavə edilib ki, ADB Solomon Adaları və Tonqa ilə dizel yanacağına olan asılılığı azaldaraq bərpa olunan enerjiyə keçid üçün müqavilələr imzalayıb. Bu maliyyələşmə Solomon Adalarında ilk böyük enerji saxlama sisteminin quraşdırılmasını təmin edəcək və Tonqanın enerji şəbəkəsinin fəlakətlərə qarşı dayanıqlığını artıracaq.

Oxşar xəbərlər

Asiya İnkişaf Bankı: 2030-cu ilədək iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə əlavə 100 milyon ayırmağı düşünürük
Norveç Ukraynaya 2030-cu ilə qədər 5.7 milyard dollar ayıracaq
Nazir: COP29 çərçivəsində əsasən iqlim maliyyəsi üzrə məsələlərin həlli nəzərdə tutulur
Azərbaycanın bank sektoru yaşıl və davamlı layihələr üçün 1,2 mlrd. dollar ayırıb
Nazir: COP29 çərçivəsində əsasən iqlim maliyyəsi üzrə məsələlərin həlli nəzərdə tutulur - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər