"Nas Exchange" valyuta bazarına daxil olmaqdan imtina edib
sizinxeber.az xəbər saytı

"Nas Exchange" valyuta bazarına daxil olmaqdan imtina edib


Azərbaycanda 2024-cü ilin yanvar ayında yaradılmış "Nas Exchange" MMC valyuta bazarına daxil olmaqdan imtina edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, şirkət nizamnamə kapitalını 550 min manat və ya 12 dəfə azaldaraq 600 min manat manatdan 50 min manata endirdiyini elan edib. Baxmayaraq ki, əvvəlki kapital "Nas Exchange"ə Azərbaycan Mərkəzi Bankından (AMB) valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almağa, Bakıda 1 valyuta dəyişmə məntəqəsi ilə işləməyə imkan verirdi.

Hazırda Azərbaycanda 7 hüquqi şəxs - "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta", "Meta-Kapital", "Money Shop" və “MMK-014” MMC-lər sözügedən lisenziyaya malikdir.

Xatırladaq ki, "Nas Exchange" 2020-ci ilin oktyabr ayında yaradılmış və 2021-ci ilin iyun ayında AMB-dən lisenziya almış "Nas Project" bank olmayan kredit təşkilatı (BOKT) ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, mənzil 56-da dövlət qeydiyyatına alınıb.

Oxşar xəbərlər

AMB daha bir şirkətə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib
AMB Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinə lisenziya verib
Valyuta mübadiləsi xidməti göstərən daha bir şirkət AMB-nin kapital tələbini yerinə yetirib
Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib
Azərbaycan Mərkəzi Bankı "İrşad” BOKT-a lisenziya verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər