Azərbaycan Mərkəzi Bankı "İrşad” BOKT-a lisenziya verib
sizinxeber.az xəbər saytı

Azərbaycan Mərkəzi Bankı "İrşad” BOKT-a lisenziya verib


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "İrşad” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

"Sizinxeber.az" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 57-yə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İrşad” BOKT-u ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, 25, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Zaur Miqirovdur.

Oxşar xəbərlər

"E-Kredit" BOKT dövlət qeydiyyatına alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib, "E-Kredit" BOKT-a lisenziya verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Bank BOKT-un vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər