Azərbaycan IMF ilə iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılmasını müzakirə edib
Azərbaycan Beynəlxalq Valyuta Fondu (IMF) ilə iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılmasını və dayanıqlı maliyyə imkanlarının təmin edilməsini müzakirə edib.
“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə baş tutub.
Tərəflər həmçinin vergi islahatları, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparıblar.
Görüş zamanı Fondun Azərbaycan üzrə missiyasının fəaliyyəti üzrə nəticələrin təqdimatı olub.
Beynəlxalq təşkilatın nümayəndə heyətinə Azərbaycanda iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar haqqında məlumat verilib.
Oxşar xəbərlər
Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyini müzakirə edib
AMB və IMF "Maliyyə sektorunun qiymətləndirilməsi" layihəsini müzakirə edib
Azərbaycan İsveçrə ilə vergi üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Mikayıl Cabbarov: "Dövlət-özəl sektor tərəfdaşlığının inkişafı effektiv nəticə verir"
Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
