AMB və IMF "Maliyyə sektorunun qiymətləndirilməsi" layihəsini müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında "Maliyyə sektorunun qiymətləndirilməsi" layihəsi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr IMF-in Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə baş tutub: "Görüşdə Azərbaycanda makroiqtisadi vəziyyət, ortamüddətli dövr üzrə makroiqtisadi gözlənti və proqnozlar, pul siyasəti üzrə islahatlar və qəbul olunan qərarlar, habelə maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi, IMF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi ətrafında geniş fikir mübadiləsi apardıq. Həmçinin gələcəkdə pul siyasətinin ötürücülüyünün daha da artırılması və maliyyə sektorunun inkişafı məsələlərini də müzakirə etdik".
Azərbaycan 1992-ci ildə IMF-ə üzv olub. Fond 1995-2005-ci illərdə iqtisadi islahatlar proqramını dəstəkləmək üçün Azərbaycana 577,3 milyon ABŞ dolları kredit ayırıb. Azərbaycan Fondun kreditlərini tam ödəyib, 2005-ci ildən onun maliyyə vəsaitlərinə ehtiyacı olmayıb. 2006-cı ildən tərəflər Fondun Nizamnaməsinin IV Maddəsi üzrə məsləhətləşmələr və makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki yardım missiyaları çərçivəsində əməkdaşlıq edirlər.
Oxşar xəbərlər
AMB-də COP29 zamanı planlaşdırılan fəaliyyət müzakirə olunub
Azərbaycanda sığorta sektorunun inkişaf tendensiyaları müzakirə edilib
AMB: Maliyyə sektorunun dayanıqlılığı artıb
Azərbaycan bankirləri sektorun inkişaf imkanlarını müzakirə edib
AMB “Citi Group”la ölkənin inkişaf trendlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”













