Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyini müzakirə edib
Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyi və əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşündə aparılıb.
Tərəflər qarşılıqlı əlaqələrin təşviqi, bərpa olunan enerji və özəl sektorun maliyyələşdirilməsinə dair layihələr çərçivəsində birgə fəaliyyət barədə fikir mübadiləsi aparıblar.
Görüşdə iqlim fəaliyyətində enerjinin inklüziv şərtlər əsasında keçidinin vacibliyi vurğulanıb, davamlı inkişaf, iqtisadi şaxələnmə istiqamətində prioritetləri müzakirə edilib.
Oxşar xəbərlər
Azərbaycan OPEC Fondunun prezidentilə "yaşıl enerji” keçidini müzakirə edib
Azərbaycan-EBRD tərəfdaşlığını gücləndirəcək platformaların perspektivləri müzakirə edilib
EBRD Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsində iştirak edə bilər
COP29 çərçivəsində GECF, OPEC Fondu və GEIDCO rəhbərləri ilə görüşlər keçirilib
Azərbaycan ADB ilə “yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














