Azərbaycan İsveçrə ilə vergi üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və İsveçrə arasında vergi sahəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib.
"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurumun rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İsveçrənin Federal Vergi Administrasiyasının baş direktoru Tamara Famatrla videoformatda görüş keçirib. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığın gücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparıb, həm IOTA çərçivəsində birgə fəaliyyətin şaxələndirilməsi məsələləri, həm də ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb. IOTA-nın fəaliyyətinin genişləndirilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Dövlət Vergi Xidmətinin Təşkilata rəhbərliyi müddətində həyata keçirilən işlər, strateji inkişaf planları və perspektivlər müzakirə edilib. Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi hər iki ölkə üçün vergi sisteminin inkişafı, iqtisadi təcrübələrin və investisiya mühitinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Görüşdə vergi inzibatçılığı sahəsində müştərək təşəbbüslərin artırılması üçün mövcud potensialdan istifadənin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb
Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Litva vergi üzrə əməkdaşlığın inkişafı üçün işçi qrupu yaradacaq
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
Azərbaycan Almaniyanın vergi sahəsində təcrübələrini araşdıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













