Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 3% artıb
2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 624 milyon 107 min manat, icbari sığorta növləri üzrə 209 milyon 473 min manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 11.6% və ya 64 milyon 820 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 3.4% və ya 6 milyon 959 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 65.7% artaraq 366 milyon 813 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 19% artaraq 73 milyon 378 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 58.8 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-cü ilin ilk 7 ayında 39.6 manata bərabər olub. Bu ilin yanvar-iyul ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 35 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 7 ayında 30.4 manata bərabər idi.
Oxşar xəbərlər
Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 3,3 mlrd. manata çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycanın sığorta bazarı 10%-ə yaxın böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın sığorta bazarı 9 % böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












