“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək
Fevralın 14-də, saat 11:00-da ləğv prosesində olan “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanında olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (79,42 %), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%). Azərbaycan Mərkəzi Bankı ötən ilin dekabr ayında onun lisenziyasını ləğv edib. Qurumun İdarə Heyətinin qərarı ilə "Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında 4 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv olunub.
Oxşar xəbərlər
“Bakı Sığorta”nın lisenziyası ləğv edilib
"Bakı Sığorta" bazarı tərk edir
“Bakı Sığorta”nın iki səhmdarı sığorta şirkətindəki poyını satıb
Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib
“Bakı Sığorta”nın iki səhmdarı sığorta şirkətindəki payını satıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
