"Bakı Sığorta" bazarı tərk edir
"Bakı Sığorta" ASC ləğv olunduğunu elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (93,32 %) və “Ekolizinq” MMC-dir (6,68 %).
Bu il noyabrın 15-də “Bank Respublika”nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilməli idi. Yığıncaqda "Bakı Sığorta"nın gələcək fəaliyyəti ilə bağlı qərar verilməli idi.
"Bakı Sığorta"nın bağlanması ilə Azərbaycanda sığorta şirkətlərinin sayı 16-ya düşəcək.
Oxşar xəbərlər
“Bakı Sığorta”nın iki səhmdarı sığorta şirkətindəki poyını satıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı Sığorta”nın iki səhmdarı sığorta şirkətindəki payını satıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Mərkəzi Bankı iki hüquqi şəxsə sığorta agenti lisenziyaları verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı Sığorta” ləğv edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərbaycan Sənaye Sığorta”nın sədri işdən çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












