Mərkəzi icra hakimiyyəti orqanlarının aldıqları qrantların reyestrinin aparılması qaydaları təsdiqlənib
sizinxeber.az xəbər saytı

Mərkəzi icra hakimiyyəti orqanlarının aldıqları qrantların reyestrinin aparılması qaydaları təsdiqlənib


Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları təsdiqlənib.

Sizinxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

İqtisadiyyat Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.

Oxşar xəbərlər

“Azərkontrakt”ın ləğvi ilə bağlı Komissiya yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dərman vasitələrinin təqib və izləmə sistemi yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Süni intellekt sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyevdən Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda “Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası” təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər