Naxçıvan Səhiyyə Nazirliyi təcili tibbi yardım avtomobillərinə 14 mln. manat xərcləyib
sizinxeber.az xəbər saytı

Naxçıvan Səhiyyə Nazirliyi təcili tibbi yardım avtomobillərinə 14 mln. manat xərcləyib


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Xidməti 14 milyon manata təcili tibbi yardım avtomobilləri alıb.

APA-Economics” xəbər verir ki, NMR Təcili Tibbi Yardım Xidməti sözügedən nəqliyyat vasitələrinin satınalınması üzrə tender keçirib.

Tenderin qalibi "Abşeron Avtomobil Mərkəzi" MMC seçilib. Ümumlikdə 62 müxtəlif təyinatlı təcili tibbi yardım avtomobilinin satınalınması üzrə MMC-yə 13 milyon 789,6 min manat ödənilib. Başqa sözlə bir təcili tibbi yardım avtomobilinin orta qiyməti 222,4 min manat təşkil edib.

Qeyd edək ki, "Abşeron Avtomobil Mərkəzi" "Mercedes" markalı avtomobillərin satışını həyata keçirir. Şirkət 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 90 manat, qanuni təmsilçisi isə Kamran Nazim oğlu Hüseynovdur.

Oxşar xəbərlər

Lənkəranda Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğurda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuzda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər