Oğurda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb
Təcili və Təxirəsalnmaz Tibbi Yardım Mərkəzinin əməkdaşı yol qəzasına düşüb.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mitsubishi" və "Fiat" markalı avtomobilləri toqquşub. Qəza zamanı "Fiat" markalı avtomobilin sürücüsü 1979-cu il təvəllüdlü Oğuz şəhər sakini Vüqar Hüseyn oğlu Hacıyev bədənin baş nahiyəsindən xəsarət alıb.
V. Hacıyev hadisə yerindən birbaşa Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. V. Hacıyevin vəziyyətinin orta-stabil olduğu bildirilir.
Qeyd edək ki, xəsarət alan V. Hacıyev Təcili və Təxirəsalnmaz Tibbi Yardım Mərkəzinin Oğuz rayon şöbəsində feldşer vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oğuzda minik avtomobili ağaca çırpılıb, sürücü ağır xəsarət alıb - FOTO - VİDEO
Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Göygöldə yük maşınları toqquşub, xəsarət alanlar var
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO
Cəlilabadda yol qəzasında iki nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












