Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb


Azərbaycanın bank sektorunun iqlim dəyişikliyi ilə bağlı üzərinə götürdüyü 2 milyard manatlıq öhdəliyin icrası zamanı hökumətin strateji baxışına uyğun olaraq ev təsərüffatlarının, kiçik və orta sahibkarların maliyyələşdirilməsi prioritet olacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

"Banklarımızın ayıracağı həmin vəsait iqtisadiyyatımızın dayanıqlı inkişafını dəstəkləməklə "yaşıl iqtisadiyyat"a keçidin sürətləndirilməsində mühüm rol oynayacaq", - deyə o qeyd edib.

Bundan başqa, baş bankir deyib ki, COP29 uğurlu olub, Azərbaycan iqlim maliyyələşməsində tarixi nəticə əldə edib, 2035-ci ilə qədər iqlim maliyyələşdirilməsi üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları vəsait ayırması məqsədi ilə kollektiv öhdəlik müəyyən edilib.

Oxşar xəbərlər

COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Taleh Kazımov: "Bank sektoru COP29 çərçivəsində keçiriləcək Maliyyə günündə öhdəliklər götürəcək"
Azərbaycanın bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək
COP29: “ActionAid” iştirakçıları iqlim maliyyələşdirilməsi üzrə öhdəliklərin ədalətli bölüşdürülməsinə çağırış edib
ADB ABŞ və Yaponiyanın suveren zəmanətləri əsasında iqlim maliyyələşməsini artırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər