Taleh Kazımov: "Bank sektoru COP29 çərçivəsində keçiriləcək Maliyyə günündə öhdəliklər götürəcək"
sizinxeber.az xəbər saytı

Taleh Kazımov: "Bank sektoru COP29 çərçivəsində keçiriləcək Maliyyə günündə öhdəliklər götürəcək"


Azərbaycanın bank sektoru bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq Maliyyə günündə maliyyə öhdəliklərini öz üzərinə götürməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib.

"Bu addım sektorun iqlim dəyişikliklərinə qarşı mübarizə fəaliyyətindən irəli gələn layihələrə resurs ayırmağa hazır olduğunu nümayiş etdirir. Ümumiyyətlə, bank sektoru ölkə iqtisadiyyatının və maliyyə sektorunun bu sahədə üzləşdiyi riskləri nəzərə alaraq öz fəaliyyətini qurur, bu səbəbdən AMB ilə sıx əməkdaşlıq edərək dayanıqlı maliyyə prinsiplərinin risklərin idarə edilməsi və kreditləşmə təcrübələrinə inteqrasiyası üzərində çalışır", - deyə o qeyd edib.

"Sığorta sektoru da dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsində aktiv iştirak edir. AMB hökumətlə birlikdə sığorta sektorunun bu istiqamətdə fəaliyyətini fəal dəstəkləyir. Bu çərçivədə bərpa olunan enerji sığortası, İqlim riskinin sığortası, eko-avtosığortası və kənd təsərrüfatı sığortası kimi seqmentlərin inkişafı diqqətdə saxlanılır. Əlavə olaraq hamını "yaşıl maliyyə" təşəbbüslərinə dəstək verməyə, bu yolda aktiv iştirak etməyə çağırıram", - deyə sədr əlavə edib.

Oxşar xəbərlər

Taleh Kazımov: "COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Kazımov: "Qlobal iqlim dəyişiklikləri iqtisadiyyatımıza təsir edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Mərkəzi Bankı "yaşıl gündəliyi" ilə bağlı planlarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB "yaşıl maliyyə" ilə bağlı təşəbbüslərini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda "yaşıl istiqraz"la bağlı qanunvericilik qüvvəyə minəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər