COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
sizinxeber.az xəbər saytı

COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib


BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan sazişin yekun variantı təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə COP29-un yekun plenar iclasının ikinci hissəsində bildirilib.

Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək azı 300 milyard ABŞ dollarına çatdırılması təmin olunacaq.

Bəyanat iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyası davam edir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında verilib. Bakıda COP29 noyabrın 11-də başlayıb. COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.

Oxşar xəbərlər

COP29-da illik iqlim maliyyəsi üçün 300 milyard dollar təsdiqlənib
COP29 Paris Sazişinin iki maddəsini qəbul edib
ADB ABŞ və Yaponiyanın suveren zəmanətləri əsasında iqlim maliyyələşməsini artırır
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ
COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair razılaşma əldə ediblər - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle