"Kartdan karta" işləyən 200 sahibkara maliyyə sanksiyası tətbiq edilib
sizinxeber.az xəbər saytı

"Kartdan karta" işləyən 200 sahibkara maliyyə sanksiyası tətbiq edilib


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində kartdan-karta köçürülməsinə görə 200 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Bu barədə “Sizinxeber.az-Economics” DVX-yə istinadən xəbər verir.

Məlumata görə, DVX pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 200-dək belə obyektdə qanun pozuntularına yol verildiyi müəyyənləşdirilib. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

DVX-dən bildirilir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.

Oxşar xəbərlər

"Kartdan karta" işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
"Kartdan karta" işləyən 120 sahibkara maliyyə sanksiyası tətbiq edilib
"Kartdan karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib
Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən daha 90 sahibkara maliyyə sanksiyaları tətbiq edib
"Kartdan karta" işləyən 70 sahibkara maliyyə sanksiyası tətbiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər