"Kartdan karta" işləyən 120 sahibkara maliyyə sanksiyası tətbiq edilib
sizinxeber.az xəbər saytı

"Kartdan karta" işləyən 120 sahibkara maliyyə sanksiyası tətbiq edilib


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində kartdan-karta köçürülməsinə görə 120 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Bu barədə “Sizinxeber.az-Economics” DVX-yə istinadən xəbər verir.

Məlumata görə, DVX pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 120-dən çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən daha 90 sahibkara maliyyə sanksiyaları tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kartdan karta" işləyən 70 sahibkara maliyyə sanksiyası tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DVX "Kartdan karta" işləyən 43 sahibkara maliyyə sanksiyası tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Vergi Xidməti "Card to card"la bağlı növbəti dəfə nəzarət tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər