Gələn il üçün pensiyaların proqnozlaşdırılan məbləğləri açıqlanıb
Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini xalqımızın rifahının yaxşılaşdırılması təşkil edir.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, növbəti il büdcəsində sosialyönümlü xərclər cari illə müqayisədə 2025-ci ildə 1,4 milyard manat artıqdır: "Sosial müdafiə və sosial təminat xərclərini, məcburi köçkünlər üçün xırcləri nəzərə aldıqda bu istiqamətə 4,8 milyard manat vəsait ayrılması planlaşdırılır ki, bu da cari illə müqayisədə 10 faiz artıqdır. DSMF-nin büdcəsinin balanslaşdırılmasına cari ildən 360 milyon manat çox vəsait ayrılması nəzərdə tutulur. növbəti ildə əmək pensiyalarının orta aylıq məbləğini 531 manat, yaşa görə əmək pensiyalarının orta aylığ məbləğini isə 569 manat, və ya cari ilin sonu ilə müqayisədə 8% çox planlaşdırırıq. Cari ilin sonu gözləntimiz odur ki, yaşa görə əmək pensiyasının orta aylıq məbləği növbəti ildə 527 manat, əmək pensiyasının orta aylıq məbləği isə 494 manat olacağını planlaşdırırıq",
Oxşar xəbərlər
Nazir: Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Ermənistanın genişmiqyaslı militarizasiya siyasəti müdafiə qabiliyyətimizi daha da artırmağı labüd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












