Nazir: Ermənistanın genişmiqyaslı militarizasiya siyasəti müdafiə qabiliyyətimizi daha da artırmağı labüd edib
Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab vermək ölkəmizin müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını, ölkəmizin müdafiə qabiliyyətinin daha da artırılmasını labüd edib.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, xalqımızın rifahının yaxşılaşdırılması ənənəvi olaraq prioritet təşkil edir: “Sosialyönümlü xərclər 2025-ci il dövlət büdcəsində də əsas götürülüb. Prezidentin müvafiq tapşırığının icrası olaraq əməkhaqqı, pensiya, sosial müavinətlər xərcləri üçün 2025-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub. Yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması nəzərdə tutulub. Sosial təminat və sosial müdafiə xərclərinə 2024-cü illə müqayisədə 9,6 % artıq vəsait ayrılacaq”.
Oxşar xəbərlər
Gələn il əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
DSMF-nin 2025-ci il büdcəsinin gəlir və xərcləri məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: Növbəti illərdə də dövlət büdcəsində ən böyük xərclərdən biri hərbi xərclər olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İşsizlikdən sığorta fondunun gəlir və xərcləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












