Gələn il dövlət büdcəsindən maliyyələşdiriləcək layihələrin sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

Gələn il dövlət büdcəsindən maliyyələşdiriləcək layihələrin sayı açıqlanıb


Dövlət proqramları üzrə vahid büdcələşmə tətbiq edilməlidir. Təqdim olunan layihələrdə 2 dövlət proqramı üzrə məlumatlar yer almayıb.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, ümumi dəyəri 798,4 milyon manat təşkil edən 84 layihənin başa çatdırılması üçün büdcədən vəsait proqnozlaşdırılır: “360 layihənin maliyyələşdirilməsi nəzərdə tutulub. Növbəti ilin əsaslı vəsait qoyuluşu xərclərində ən fərqli məqam beynəlxalq qurumların təqdim etdiyi kreditlərin həcmidir. Bu vəsait 4 keçid, 8 yeni layihə üçün proqnozlaşdırılır. Azad edilmiş ərazilərin yenidən qurulması üçün cari ilin proqnozu üçün çox, yenidən baxılmadan isə az vəsait nəzərdə tutulub. 2025-ci ildə 46 istiqamətdə 1,3 milyard manat cari illə müqayisədə çoxdur. Aparılan auditlər dövlət xətti istiqamətində subsidiyaların azaldılmasının zəruriliyini göstərir”.

Palata sədri bildirib ki, Milli Məclisə təqdim edilmiş büdcə layihəsi qanunvericiliyin müvafiq tələblərinə uyğun tərtib olunub.

Oxşar xəbərlər

Vüqar Gülməmmədov: Son illərdə ilk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Ermənistanın genişmiqyaslı militarizasiya siyasəti müdafiə qabiliyyətimizi daha da artırmağı labüd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Palata: Naxçıvanda dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş məbləğin icra faizi aşağı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər