Nazir müavini: Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Rusiya və Ukrayna arasında müharibənin davam etməsi, aparıcı mərkəzi banklar tərəfindən faiz dərəcələrinin yüksəldilməsi, fiskal risklərin artması fonunda qlobal iqtisadi risklər artmaqdadır.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində iqtisadiyyat nazirinin Səməd Bəşirli deyib.
Nazir bildirib ki, Beynəlxalq Valyuta Fondunun əsas tövsiyəsi ondan ibarətdir ki, Mərkəzi Bank tədricən yumşaq pul siyasətinə keçməli, büdcə dayanıqlılığını artırmaq üçün fiskal konsolidasiya tədbirləri görməlidir: "Azərbaycan iqtisadiyyatı son illərdə və cari ildə dayanıqlılıq nümayiş etdirir. 2024-cü ilin gözlənilən iqtisadi artım tempi nəzərə alınmaqla, ölkədə real ÜDM-in 14,4 % artması gözlənilir. Adambaşına ÜDM-in bu ilin sonunda 7200 ABŞ dolları ətrafında olacağı gözlənilir. Ölkənin maliyyə təhlükəsizliyi yastığı 73 milyard dollara çatıb. Bu da cari il üzrə gözlənilən ÜDM səviyyəsindədir. Son illərdə iqtisadiyyatın şəffaflaşması da müşahidə edilir”.
Oxşar xəbərlər
DSMF-nin 2025-ci il büdcəsinin gəlir və xərcləri məlum olub
İşsizlikdən sığorta fondunun gəlir və xərcləri açıqlanıb
Nazir: Ermənistanın genişmiqyaslı militarizasiya siyasəti müdafiə qabiliyyətimizi daha da artırmağı labüd edib
Mərkəzi Bank iqtisadi artım proqnozunu açıqlayıb
Gələn il yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












