Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank”ın qorunan əmanətçilərinə müraciət edib
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “Muğan Bank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.
"Sizinxeber.az"un məlumatına görə, müraciətdə deyilir ki, qanunun tələbinə əsasən, qorunan əmanətçilər üçün ərizə təqdim etmə müddəti bu il noyabrın 1-də başa çatır.
Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə sözügedən bir illik müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il saxlanılır.
“Muğan Bank” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı ilə müflis elan edilib, ƏSF Bankın ləğvedicisi təyin edilib.
Qorunan əmanətçilərə kompensasiyan ödənilməsinin yeri və vaxtı haqqında ilk bildiriş 1 noyabr 2023-cü il tarixdə dərc edilib.
Hazırda kompensasiyalar "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" ASC-lər vasitəsilə ödənilir.
Oxşar xəbərlər
"Muğan Bank"ın əmanətçilərinə şad xəbər!
“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub
"Muğan Bank"ın əmanətçilərinə kompensasiya öhdəliyinin 97 %-i icra edilib
“Muğan Bank”a məxsus əməkhaqqı kartlarındakı pulların aqibəti necə olacaq?
AFBİA: Azərbaycanda qiymətli kağızların sığortalanması mexanizmi tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













