Aİ rəsmisi iqlim dəyişikliyinin təsirini azaltmağın yollarını açıqlayıb
İqlim dəyişikliyinin təsirini azaltmaq üçün ölkələr istixana qazlarının emissiyalarına, təbii resursların tükənməsinə, ətraf mühitin məhv edilməsinə qarşı yönəlməlidir.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) auditoru Seline Ollier Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) Bakıda keçirilən illik toplantısında bildirib.
"Neft, təbii qaz və kömür kimi fosil yanacaqlar ən böyük istixana qazı mənbələridir. Onlardan uzaqlaşaraq günəş, külək, hidro və geotermal enerji kimi təmiz və yenilənən enerji mənbələrinə keçid etmək lazımdır. Binaların, zavodların və nəqliyyat vasitələrinin enerji səmərəliliyinin artırılması ilə enerji istehlakını və istixana qazı emissiyalarını azaltmaq mümkündür. Meşələr karbonun udulması üçün vacibdir. Meşə qırılmasının dayandırılması və yeni meşəliklərin salınması karbon qazı səviyyəsini azaltmağa kömək edir", - deyə o qeyd edib.
Bundan başqa, qonağın sözlərinə görə, karbon emissiyalarının azaldılması üçün hökumətlər karbon vergiləri tətbiq edə bilər: "Karbon ticarəti karbon emissiyalarını məhdudlaşdıran mexanizmlərdən biridir. Şirkətlər və hökumətlər aşağı karbon texnologiyalarına və innovasiyalara sərmayələr qoymalıdırlar. Məsələn, elektrikli avtomobillərin genişlənməsi və enerjidən az istifadə edən texnologiyaların inkişafı bu sahədə irəliləyiş təmin edə bilər".
Oxşar xəbərlər
Anar Quliyev: "İstixana qazı emissiyalarının 40 %-dən çoxu şəhərlərin payına düşür"
Bakıda EUROSAI-nin Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısı keçirilir
Vüqar Gülməmmədov: "İqlim maliyyəsi" və "yaşıl büdcə"yə dair yaxşı təcrübələrin sayı azdır"
Qazaxıstan enerji çatışmazlığını azaltmaq üçün Aİ-yə neft ixracını artırmağa hazırdır
BOEMDA: Azərbaycanda boz hidrogeni "yaşıl enerji mənbələri" ilə əvəz edilməsi planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












