AMB banklara kəşbək kampaniyaları ilə bağlı göstəriş verə bilər
Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kəşbək kampaniyaları onların maliyyə dayanıqlılığına təsirini görsə, xərclərin optimizasiyası istiqamətində göstəriş verə bilər.
"Sizinxeber.az" xəbər verir ki, bunu AMB-nin baş direktoru Toğrul Əliyev qurumun "2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyi" hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, kəşbək məbləğləri bankların biznes modelindən aslıdır və strategiyalarına uyğun olaraq aparılır.
"Sözsüz ki, mənfəət-zərərliliyinin təhlili nəticəsində maliyyə dayanıqlılığına təhdidlər yaradacaq stiuasiyalar yaranarsa, Mərkəzi Bank tərəfindən xərclərin optimizasiyası istiqamətində banklara göstəriş verilə bilər. Bu addım həmin xərclərin izafi artımının bankın maliyyə dayanıqlılığına təhdidlər yaradarsa atıla bilər", - T. Əliyev bildirib.
Oxşar xəbərlər
AMB: Maliyyə sektorunun dayanıqlılığı artıb
AMB ilin sonuna qədər Yaşıl Taksonomiya üzərində işləri yekunlaşdıracaq
AMB-də “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib
Azərbaycanda banklar iqlim dəyişmələrinə dayanıqlılığla bağlı hesabat verəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
