Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilir
Bu gün Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum işə başlayıb.
“APA-Economics” Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə IOTA üzvü ölkələrdən 40-dan çox yüksək vəzifəli vergi rəsmisi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC UN), Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq İqlim Dəyişikliyi və İnkişaf Mərkəzi (ICCCAD), Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq təşkilatların nümayəndələri, biznes liderləri iştirak edirlər.
İki gün davam edəcək Beynəlxalq Forumda karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmalar müzakirə olunacaq.
Oxşar xəbərlər
DVX rəisi: "Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür
Azərbaycanda “yaşıl” vergilər üzrə beynəlxalq təcrübə araşdırılır
Nazir: COP29-un qarşısında duran əsas təşəbbüslərdən biri İMFF-nin yaradılmasıdır
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO
Bakıda karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













