Azərbaycanda “yaşıl” vergilər üzrə beynəlxalq təcrübə araşdırılır
Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi bütün vasitələrlə, o cümlədən vergi siyasəti vasitəsilə də dəstəklənəcək.
“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Dövlət Vergi Xidməti ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxışı zamanı deyib.
"Vergi siyasətimiz iqtisadi və siyasi proseslərin mühüm həlqəsidir və bu effektiv alət özəl investisiyaların cəlb edilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl” texnologiyalardan istifadənin genişləndirilməsində mühüm rol oynayacaq. Dövlət Vergi Xidməti ekoloji və “yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəni araşdırır" - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Nazir: COP29-un qarşısında duran əsas təşəbbüslərdən biri İMFF-nin yaradılmasıdır
Gələn il mikro sahibkarlara vergi güzəştləri tətbiq ediləcək
Bu il qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 mlrd. manata yaxınlaşıb
Gələn il yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
