Vüqar Gülməmmədov: "Bu il 187 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb"
Bu ilin yanvar-avqust aylarında Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində 186,9 milyon manat məbləğində maliyyə pozuntusu aşkarlanıb.
"Report" xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Bakıda keçirilən, "Auditor xidməti haqqında" qanunun 30 illiyinə həsr olunmuş "Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq" mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, bunun 64,5 milyon manatı dövlət büdcəsinə dəyən zərər, 122,4 milyon manatı digər pozuntular olub. Qurumun kollegiyası büdcəyə dəyən zərərin 48,9 milyon manatının bərpası və yaxud əvəzləşdirilməsi üzrə təkliflər verib. Bərpası haqqında qərar verilməmiş məbləğin təxminən 7,6 milyon manatı sosial xarakterli ödənişlərlə bağlıdır.
Həmçinin, hüquq-mühafizə orqanlarına göndərilən materiallarda ehtimal olunan pozuntuların məbləğinin təxminən 8 milyon manat olduğu bildirilib.
Dövlət maliyyə hesabatlılığının yaxşılaşdırılmasına xidmət edən addımlardan biri də maliyyə hesabatlarının auditi nəticəsində aşkar edilmiş təhriflər üzrə düzəlişlərin aparılmasıdır. 2024-cü ilin 8 aylıq yekunlarına görə, əvvəlki illərdə müəyyən edilmiş təhriflər üzrə 200 milyon manatdan çox düzəliş edilib.
Oxşar xəbərlər
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 17 % azalıb
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
