“Rabitəbank” Asiya İnkişaf Bankının “Leading Partner Bank in Azerbaijan” nominasiyasının qalibi olub
“Rabitəbank” ASC Asiya İnkişaf Bankının keçirdiyi (ADB) “Trade and Supply Chain Awards 2024” müsabiqəsində “Leading Partner Bank in Azerbaijan” nominasiyası üzrə qalib olub.
Sentyabrın 3-də Sinqapurda 10-cu dəfə keçirilən müsabiqə çərçivəsində ADB müxtəlif seqmentlər üzrə təmsil olunan bankların fəaliyyətini hərtərəfli qiymətləndilərək onları mükafatlandırıb.
“Rabitəbank” və ADB arasında bu il aprelin 15-də “Ticarətin Maliyyələşdirilməsi üzrə Zəmanət Mexanizmi”nə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə Azərbaycan sahibkarlarının və bizneslərinin beynəlxalq ticarət fəaliyyətlərini genişləndirmək üçün onları zəruri maliyyə alətləri ilə təmin etməklə dəstəklədiyini nümayiş etdirir. Tərəfdaşlıq çərçivəsində, “Rabitəbank” ADB-nin geniş beynəlxalq tərəfdaş şəbəkəsi ilə sıx əməkdaşlıq edərək, yerli sahibkarların və bizneslərin xarici dövlətlərdəki şirkətlər və tərəfdaşlarla apardıqları ticarət əməliyyatlarını maliyyələşdirir. ADB-nin dəstəyi ilə maliyyələşmə prosesi daha effektiv və etibarlı şəkildə həyata keçirilir.
“Rabitəbank”ın İdarə Heyətinin sədri Aydın Hüseynov bildirib: “Bankımız Azərbaycanda xarici ticarətin maliyyələşdirilməsi, idxal-ixrac əməliyyatlarının dəstəklənməsi sahəsində aktiv fəaliyyət göstərir. Uğurlu tərəfdaşlığın nəticəsi kimi bu gün xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə aparıcı bank kimi mükafat almışıq. Bu, bizim ölkə daxilində beynəlxalq ticarətə verdiyimiz dəstəyin və qlobal maliyyə şəbəkələri ilə əməkdaşlığımızın göstəricisidir. “Rabitəbank” olaraq, Azərbaycan sahibkarlarına və bizneslərinə daha güclü dəstək göstərməyə davam edəcək, eyni zamanda ölkəmizin qlobal bazarlarda daha da güclənməsinə töhfə verəcəyik”.
Hazırda “Rabitəbank” 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Oxşar xəbərlər
“Rabitəbank” AİB-in “Leading Partner Bank in Azerbaijan” nominasiyasının qalibi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neftçalada günəş elektrik stansiyasının tikinti layihəsi ilə bağlı hazırlıq görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti CAREC forumu Almatıda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" akademiyasının koordinatoru: İtaliyada güclü rəqiblərə qarşı oynamaq faydalı oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












