AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq
Mərkəzi Bankın hədəfi yalnız daxili bazarın inkişafı ilə məhdudlaşmır. Məqsəd həm də Azərbaycanın maliyyə xidməti göstərən qurumlarının xarici bazarlara çıxışını və beynəlxalq fəaliyyətini dəstəkləməkdir.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin direktor müavini Ramil Mahmudov "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bu məqsədlə prioritet istiqamətlərdən biri transsərhəd (cross-border) ödənişlərin inkişafı və digər ölkələrin ödəniş sistemləri ilə inteqrasiyadır:
"Yaxın gələcəkdə ilk növbədə Azərbaycanın ən çox ticarət apardığı və turist axınının yüksək olduğu ölkələrlə qarşılıqlı ödəniş inteqrasiyalarının qurulması nəzərdə tutulur.
Perspektivdə Azərbaycanın regional ödəniş habına çevrilməsi potensialı da qiymətləndirilir. Bununla yanaşı, bu proses uzunmüddətli yanaşma tələb edir və innovasiyaların dəstəklənməsi, eləcə də yeni məhsul və xidmətlərin tətbiqi üçün müasir və adekvat normativ-hüquqi bazanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Ramil Mahmudov: Açıq bankçılıq layihəsi açıq maliyyə modelinə genişləndiriləcək
AMB: Azərbaycanda 100 mindən çox POS-terminal QR ödənişlərini dəstəkləyir
AMB: Ödəniş sistemləri üzrə qanuna dəyişiklik ediləcək
AMB: Ödəniş məhsullarının xarici bazarlara çıxışı hədəflənir
Mərkəzi Bank: Dövlət ödənişlərinin Ani Ödənişlər Sistemi ilə hesablaşmaları 20 dəfədən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
