Qarabağ Dirçəliş Fondunun borc qiymətli kağızlara investisiyaları 50% artıb
Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondunun (QDF) borc qiymətli kağızlara investisiyaları 990,824 milyon manat təşkil edib.
“Sizinxeber.az” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 49,5 % çoxdur.
QDF-nin borc qiymətli kağızlara investisiyalarının 67,9 %-i və yaxud 672,871 milyon manatı uzunmüddətli (1 il əvvələ nisbətən 3,2 % çox), 32,1 %-i və yaxud 317,953 milyon manatı isə qısamüddətli (30,2 dəfə çox) olub.
İl ərzində Fondun borc qiymətli kağızlara investisiyalarının onun aktivlərindəki payı 13,6 faiz bəndi artaraq 53,5 %-dən 67,1 %-ə çatıb.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Oxşar xəbərlər
Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 30 % azalıb
Azərbaycanın dövlət büdcəsinin əsaslı xərcləri 23 % artıb
AzTV öhdəliklərini 37 % azaldıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öhdəliklərini 59 % artırıb
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini 65 % artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












