Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 30 % azalıb
Qarabağ Dirçəliş Fondu 2023-cü ili 240,553 milyon manat xalis mənfəətlə başa vurub.
“Sizinxeber.az” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 29,8 % azdır.
Ötən il Qarabağ Dirçəliş Fondunun ianələrdən gəlirləri 206,486 milyon manat (əvvəlki ilə nisbətən 34,3 % az), maliyyə gəlirləri 47,196 milyon manat (37 % çox), ümumi, inzibati və sair əməliyyat xərcləri 3,628 milyon manat (32,6 % çox), dəyərsizləşmədən zərəri 397 min manat (əvvəlki il gəlir olub), maliyyə gəliri 293 min manat (əvvəlki il xərc olub), mənfəət vergisi ödəmələri isə 9,397 milyon manat (38,3 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondunun aktivləri 1 milyard 477,065 milyon manat olub ki, bu da illik müqayisədə 19,3 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 27 % azalaraq 4,353 milyon manata düşüb, balans kapitalı isə 19,5 % artaraq 1 milyard 472,713 milyon manata çatıb.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Oxşar xəbərlər
"Azərkontrakt"ın xalis mənfəəti 4 dəfəyə yaxın azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öhdəliklərini 59 % artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandakı kredit ittifaqlarının zərəri 80 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












