"Bank of Baku"dan maliyyə savadlılığına töhfə: uşaqlar üçün maarifləndirici kitabça
"Bank of Baku" ASC rəqəmsal ödənişlər sahəsində maarifləndirmə tədbirlərini, eləcə də mümkün fırıldaqçılıq hallarına qarşı ehtiyatlı olmaqla bağlı çağırışlarını davam etdirir.
Bu dəfə Bank uşaqlar üçün maarifləndirici kitabçanın hazırlanılmasına dəstək göstərib. “Ömərin ödəniş kartları ilə tanışlığı” adlı kitabça məktəbəqədər və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulub.
Kitabçanın hazırlanılmasında əsas məqsəd azyaşlı uşaqlara rəqəmsal ödəniş alətləri, onların düzgün istifadəsi və mümkün fırıldaqçılıq hallarından qorunma yolları barədə ilkin bilikləri çatdırmaqdır. Kitabçada məlumatlar hekayə formasında təqdim olunur və qavramanı artırmaq məqsədilə mövzuya uyğun maraqlı illüstrasiyalarla da zənginləşdirilib.
Hekayənin müəllifi "Bank of Baku"nun Ödəniş sistemləri departamentinin direktorunun müavini, eləcə də "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmovdur.
"Bank of Baku", ABA, "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyi, “Visa Inc.” beynəlxalq ödəniş sistemi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan kitabça məktəblərə pulsuz şəkildə paylanacaq.
"Bank of Baku" bu təşəbbüsü ilə cəmiyyətin hər bir yaş qrupunu əhatə etməyi, gələcək nəsillərin daha məlumatlı, texnologiyanı doğru istifadə edən və maliyyə baxımından təhlükəsizliyini qorumağı bacaran fərdlər kimi yetişməsinə töhfə verməyi hədəfləyir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
-
Oxşar xəbərlər
Bank of Baku-dan maliyyə savadlılığına töhfə: uşaqlar üçün maarifləndirici kitabça
Azərbaycanda adambaşına düşən nağdsız əməliyyatların sayı 75%-dən çox artıb
"Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” dəyişib
ABA: Məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalıdır
Azərbaycanda "Banklar haqqında" qanunda bəzi dəyişikliklər edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












