Bank of Baku-dan maliyyə savadlılığına töhfə: uşaqlar üçün maarifləndirici kitabça
Bank of Baku rəqəmsal ödənişlər sahəsində maarifləndirmə tədbirlərini, eləcə də mümkün fırıldaqçılıq hallarına qarşı ehtiyatlı olmaqla bağlı çağırışlarını davam etdirir.
Bu dəfə Bank of Baku uşaqlar üçün maarifləndirici kitabçanın hazırlanılmasına dəstək göstərib. “Ömərin ödəniş kartları ilə tanışlığı” adlı kitabça məktəbəqədər və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulub.
Kitabçanın hazırlanılmasında əsas məqsəd azyaşlı uşaqlara rəqəmsal ödəniş alətləri, onların düzgün istifadəsi və mümkün fırıldaqçılıq hallarından qorunma yolları barədə ilkin bilikləri çatdırmaqdır. Kitabçada məlumatlar hekayə formasında təqdim olunur və qavramanı artırmaq məqsədilə mövzuya uyğun maraqlı illüstrasiyalarla da zənginləşdirilib.
Hekayənin müəllifi Bank of Baku-nun Ödəniş sistemləri departamentinin direktorunun müavini, eləcə də ABA nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmovdur.
Bank of Baku və Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Fintex Assosiasiyası, “Visa Inc.” beynəlxalq ödəniş sistemi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan kitabça məktəblərə pulsuz şəkildə paylanacaq.
Bank of Baku bu təşəbbüsü ilə cəmiyyətin hər bir yaş qrupunu əhatə etməyi, gələcək nəsillərin daha məlumatlı, texnologiyanı doğru istifadə edən və maliyyə baxımından təhlükəsizliyini qorumağı bacaran fərdlər kimi yetişməsinə töhfə verməyi hədəfləyir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Oxşar xəbərlər
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub
Bank of Baku-nun əməkdaşları Xəzərin sahillərini tullantılardan təmizləyib
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO
X Bakı Beynəlxalq Kitab Sərgisi Füzulinin 530 illiyinə həsr olunub
Bank of Baku-da yeni dövr: robotlar xidmət göstərəcək - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












