"Sizin Lombard" 7 milyon manatlıq istiqraz buraxır
sizinxeber.az xəbər saytı

"Sizin Lombard" 7 milyon manatlıq istiqraz buraxır


Azərbaycanda "Sizin Lombard" brendi ilə daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən "GL" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 6,9 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 69 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 84 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri "İnvest-Az Învestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.

Oxşar xəbərlər

"Kəpəz" BOKT daha 2 milyon manatlıq istiqraz buraxır
“Azərbaycan Beynəlxalq Bankı” 100 milyon manatlıq istiqraz buraxır
"Regional" BOKT 1 milyon manatlıq istiqraz buraxır
"Azərmaş Group" 10 milyon dollarlıq istiqraz buraxır
"Prior Leasing"in istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər